"Neftçi" PFK və AFFA Anatoli Banişevskinin qəbrini ziyarət edib - FOTOLAR

Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 72 il ötür. SİA-nın məlumatına görə, bu münasibətlə "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, Müşahidə Şurasının sədri Çingiz Abdullayev, şura üzvləri – Səməd Qurbanov və Mehdi Nəcəfov, idman direktoru Ceyhun Sultanov, baş məşqçi Tərlan Əhmədov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, veteran futbolçular və futbol ictimaiyyətinin digər tanınmış simaları Anatoli Banişevskinin məzarını ziyarət ediblər. Ziyarətçilər əfsanəvi futbolçu haqda xatirələrini bölüşüb, məzarı önünə gül dəstələri qoyublar.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə