“Neftçi” - “Zirə” matçının biletləri satışa çıxarılacaq

Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - “Zirə” oyununun biletləri fevralın 24-də satışa çıxarılacaq. SİA-nın məlumatına görə, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri “Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki rəsmi fan-şopdan əldə etmək mümkündür.

Qeyd edək ki, fevralın 24-də “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə