Rusiyalıların əlindən alınan medallar norveçlilərə təqdim ediləcək

Pxençan Olimpiadasında kerlinq idmanının qoşa yarışlarında rusiyalı idmançılar Aleksandr Kruşelnitski ilə Anastasiya Brızqalovanın qazandıqları və daha sonra onların əlindən alınan bürünc medalları Oyunların sonuna qədər Norveç kerlinqçilərinə təqdim etmək planlaşdırılır. SİA-nın məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) kommunikasiyalar üzrə direktoru Mark Adams bəyan edib.

A.Kruşelnitski və A.Brızqalova qoşa yarışlarda turnirin bürünc mükafatını qazanıblar, amma sonra Kruşelnitskinin dopinq-testi müsbət nəticə verib. İdmançıdan götürülən hər iki nümunədə meldoni aşkar edilib. İdman Arbitraj Məhkəməsi (CAS) bürünc mükafat uğrunda Norveç komandasına qalib gələn rusiyalı duetin nəticələrini fevralın 22-də ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...