Arbeloa: "Zidanın yerində olsaydım..."

İspaniya mətbuatı hesab edir ki, mövsümün sonunda "Real" Qaret Beyli satacaq. SİA-nın məlumatına görə, 2013-cü ildə 85 milyon funta "Tottenhem"dən transfer edilən uelsli ulduz son vaxtlar çoxsaylı zədələrdən əziyyət çəkir. Madrid klubunun sabiq müdafiəçisi Arbeloa isə onun hələ də komandaya lazımlı oyunçu olduğuna inanır: "Beylin "Real"da qalmaq şanslarını itirdiyini və ya pis günlərini yaşadığını düşünmürəm. Zidanın yerində olsaydım, Qaretə tam qayğı göstərərdim. Onun zədə problemləri stabil oynamasına mane olur. Qarşıdakı aylarda heyətdəki bütün futbolçulara ehtiyac yaranacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə