“Qəbələ”nin taekvondoçuları ölkə çempionatında uğurla çıxış ediblər

Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub. SİA-nın məlumatına görə, Bakı Boks Mərkəzində təşkil olunan yarışda “Qəbələ” idman klubunun təmsilçiləri də uğurla çıxış ediblər. İki gün davam edən çempionatda klubun yetirmələri 4 medal qazanıblar.

Çempionatda 58 kiloqram çəki dərəcəsində çıxış edən Əli Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Məcid Sofiyev (54 kq) və Məhəmməd Məmmədovun (68 kq) qazancı gümüş medal olub. Qadınların mübarizəsində qüvvəsini sınayan Mujgan Zadmohammad (57 kq) isə yarışı üçüncü pillədə başa vurub.

Beləliklə, “Qəbələ”nin idmançıları 1 qızıl, 2 gümüş və 1 bürünc əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə