"Atletik" - "Spartak" matçında dava: Polis əməkdaşı öldü - FOTOLAR

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin "Atletik" - "Spartak" (1:2) matçında azarkeşlər arasında dava düşüb. SİA-nın məlumatına görə, baş verən hadisədən sonra 1 polis əməkdaşı vəfat edib. Ağır yaralanan 50 yaşlı İnosendio Arias Qarsiya xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Yaşanan olaydan sonra 3 rusiyalı azarkeş və 1 polis əməkdaşı da xəstəxanaya yerləşdirib.

Hadisə ilə bağlı bir neçə rus fanat saxlanılıb.

UEFA olayla bağlı qərar verəcək.

Qeyd edək ki, qarşılaşmada "Spartak" 2:1 hesabı ilə qalib gəlsə də, ilk oyunda 1:3 hesabı ilə uduzduğu üçün "Atletik" mərhələ adlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə