Simeone: "Torres "Atletiko"dan gedir"

"Atletiko"nun hücumçusu Fernando Torresin komandadakı taleyinə aydınlıq gəlib. Qol.az-ın məlumatına görə, təcrübəli forvard mövsümün sonunda Madrid klubundan ayrılacaq. Bunu İspaniya mətbuatına açıqlamasında "Atletiko"nun baş məşqçisi Dieqo Simeone deyib. Argentinalı mütəxəssis bildirib ki, "El-Nino" ləqəbli hücumçunun yayda başa çatacaq müqaviləsi uzadılmayacaq.

Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan Torres 2001-ci ildə əsas komandada debüt edib. 6 il Madrid klubunun şərəfini qoruyan 33 yaşlı futbolçu daha sonra "Liverpul"a keçib. Karyerası ərzində "Çelsi" və "Milan" kimi klublarda da forma geyinən Torres 2015-ci ildə "Atletiko"ya qayıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə