Totti keçmiş komanda yoldaşı haqqında danışdı

"Roma"nın sabiq kapitanı Françesko Totti hazırda "Liverpul"un şərəfini qoruyan keçmiş komanda yoldaşı Məhəmməd Salah haqqında fikirlərini bölüşüb. SİA-nın məlumatına görə, Totti misirli hücumçunu ən güclülər sırasına daxil edib: "Salah indi göstərdiyi oyunun səviyyəsinə görə dünyanın ən yaxşı futbolçularından biridir. Onun daha yaxşı ola biləcəyini düşünürəm. Salahın bir pillə də yuxarı qalxmaq imkanı var".

Qeyd edək ki, Salah 2015-17-ci illərdə "Roma"nın futbolçusu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə