ABŞ-ın xokkey yığması Olimpiadada birinci olub

ABŞ-ın qadınlardan ibarət xokkey yığması Cənubi Koreyada keçirilən Olimpiya Oyunlarının final mərhələsində Kanada komandasına 3:2 (1:0, 0:2, 1:0, 0:0, 1:0) hesabı ilə qalib gələrək Olimpiya çempionu olub. SİA-nın məlumatına görə, bu komanda tarixdə ikinci dəfə və 1998-ci ildən bəri ilk dəfə Olimpiadada xokkey turnirinin qalibi olub. Bundan əvvəlki 4 Olimpiadanın hamısında Kanada komandası qalib gəlib.

Üçüncü yer uğrunda matçda Finlandiya yığması Rusiya komandasına 3:2 hesabı ilə qalib gələrək Olimpiada-2018-in bürünc mükafatçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə