Məsul Özil "Ostersunds"la matçı buraxacaq

"Arsenal" Avropa Liqası 1/16 final mərhələsinin cavab matçları çərçivəsində "Ostersunds"u qəbul edəcək. SİA-nın məlumatına görə, London təmsilçisi bu qarşılaşmaya ciddi itki ilə çıxacaq. Belə ki, "topçular"ın yarımmüdafiəçisi Məsut Özil xəstəliyi səbəbindən İsveç klubuna qarşı oynamayacaq. Arsen Venger Almaniya millisinin üzvünün durumu haqda məlumat verib: "Məsul Özil xəstəliyi səbəbindən oynamayacaq. O, bu gün ilk məşqinə çıxdı. Bazar ertəsi və çərşənbə axşamını xəstəliyi səbəbindən yataqda keçirib".

Qeyd edək ki, "Arsenal" - "Ostersunds" görüşü bu gecə Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Bu komandalar arasında İsveçdə keçirilən ilk oyun londonluların 3:0 hesablı qələbəsiylə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...