“Qəbələ” "Səbail”lə oyununa ciddi itkilərlə çıxacaq

“Qəbələ” Topaz Premyer Liqasının 17-ci turunun “Səbail”lə oyununa ciddi itkilərlə çıxacaq. SİA-nın məlumatına əsasən, ötən tur “Zirə” ilə matçda baş verənlərə görə AFFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılan kapitan Cavid Hüseynov və Qismət Alıyev səfər görüşünü buraxacaqlar. Əvəzində isə zədəli futbolçular – Voislav Stankoviç və İlqar Qurbanov sıraya qayıdıblar. Onların “Səbail”ə qarşı forma geyinəcəkləri istisna olunmur.

Qeyd edək ki, “Səbail” – “Qəbələ” oyunu fevralın 24-ü, saat 16:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə