Madridin "Real" futbol klubunun müdafiəçisi Serxio Ramos daha bir rekorda imza atıb. SİA-nın məlumatına görə, o, ötən gün səfərdə keçirilən "Leqanes"ə qarşı oyunda sarı kart alıb. Bununla da, Ramos 163-cü xəbərdarlığını görüb və La Liqada rekorda imza atıb. O, artıq turnirin tarixində ən çox sarı vərəqə alan futbolçudur.

Qeyd edək ki, oyun 1:3 hesabı ilə “Real”ın xeyrinə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə