UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib

Çempionlar Liqasının 1/8 finalının 2, Avropa Liqasının 1/16 finalının 1 oyunundan sonra UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, keçirilən matçlardan sonra ölkəmizin mövqeyində dəyişiklik olmayıb.

Serbiyanın xalsız qalması Azərbaycanın mövqeyini qoruması ilə nəticələnib. “Srvena Zvezda” səfərdə MOİK-ə qalib gəlsəydi, ölkəmiz bir addım geriləyəcəkdi. Bunun gerçəkləşməməsi 0.375 xallıq üstünlüyümüzün qorunmasına səbəb olub. Avrokuboklar mövsümünü başa vuran Azərbaycanın 19.125 xalla 23 pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsveçin 19.475 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə