ÇL-də 1/8 finalın ilk görüşlərinə yekun vurulub - NƏTİCƏLƏR

Futbol üzrə Çempionlar Liqasında 1/8 finalın ilk görüşlərinə yekun vurulub. SİA-nın məlumatına görə, dünən axşam daha 2 matç keçirilib.
“Sevilya” öz meydanında “Mançester Yunayted”i qəbul edib. Görüşdə qapılara qol vurulmayıb.
“Roma” isə “Şaxtyor”un qonağı olub. “Qarabağ”ın qrupunda “Atletiko” və “Çelsi”ni qabaqlayan İtaliya təmsilçisinin “Şaxtyor”la mübarizədən də qalib ayrılacağı proqnozlaşdırılsa da, meydan sahibləri buna imkan verməyib. Donetsk təmsilçisi "canavarlar"ı məğlub yola salıb - 2:1.

Çempionlar Liqası
1/8 final, ilk oyun
21 fevral

23:45. “Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) 0:0
23:45. “Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya) 2:1
Qollar:
Çegiz Ünder, 41 (0:1), Fakunda Ferreyra, 52 (1:1), Fred, 70 (2:1)

1/8 finalın ilk oyunundakı digər görüşlərin nəticələri:

“Yuventus” (İtaliya) – “Tottenhem” (İngitərə) 2:2

“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) 0:4

"Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) - 0:5

"Real" (İspaniya) - PSJ (Fransa) - 3:1

"Bavariya” (Almaniya) – “Beşiktaş” (Türkiyə) 5:0

“Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya) 1:1

Bütün xəbərlər Facebook səhifəmizdə