MOİK Avroliqada ilk 1/8 finalçı oldu

Futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib. Rusiya MOİK-i öz meydanında “Srvena Zvezda”nı qəbul edib. Moskva təmsilçisi ilk oyundakı qolsuz bərabərliyin revanşında rəqibini minimal hesabla məğlub edərək, adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, Avroliqada 1/8 finalın digər 15 iştirakçısı bu gün müəyyənləşəcək.


UEFA Avropa Liqası

1/16 final, oyunu

21 fevral

21:00. MOİK (Rusiya) - “Srvena Zvezda” (Serbiya) 1:0
Qol:
Alan Zaqoev, 45
İlk oyun - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə