Edin Ceko “Roma”nı “Milan”a dəyişir?

“Roma”nın hücumçusu Edin Ceko mövsümün sonunda klubunu dəyişə bilər. İtaliya mətbuatında dərc olunan xəbərlərə görə, bosniya və herseqovinalı forvardla “Milan” yaxından maraqlanır. Hücum xəttindəki boşluğu Ceko ilə doldurmaq istəyən Milan şəhərinin eyniadlı təmsilçisi bu keçid üçün tələb olunan məbləği ödəməyə hazırdır. Qeyd edək ki, Cekonun xidmətində “Çelsi” klubu da maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə