“Neftçi”nin sabiq futbolçusu “Şaxtyor”da

“Neftçi” ilə yollarını ayıran Mateo Mujek artıq özünə yeni klub da tapıb. SİA-nın məlumatına görə, xorvatiyalı müdafiəçi bundan sonra karyerasını Qazaxıstanın “Şaxtyor” (Karaqanda) klubunda davam etdirəcək.

Xeyli müddətdir bu komandanın düşərgəsində baxışda olan futbolçu özünü yaxşı tərəfdən göstərə bilib. O, son günlərdə “Şaxtyor”un keçirdiyi yoxlama oyunlarında da meydana çıxıb.

Qeyd edək ki, Mateo Mujek ötən ilin yayından “Neftçi”də oynayırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə