“Kəpəz” məşqləri bərpa edib

“Keşlə” ilə ev oyunundan sonra bir gün istirahət edən “Kəpəz”in əsas komandasının üzvləri dünəndən məşqləri bərpa ediblər. SİA-nın məlumatına görə, “sarı-göylər” Topaz Premyer Liqasının 17-ci turunda səfərdə qarşılaşacağı “Qarabağ”la oyuna hazırlaşır. Komanda Bakı Olimpiya Stadionunun (BOS) yardımçı meydançasında məşq edir. “Kəpəz” fevralın 23-nədək BOS-da çalışmalara davam edəcək.

Qeyd edək ki, heyətdə zədəli futbolçu yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə