Avroliqada 1/16 finalın cavab oyunlarına start veriləcək

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə cəmi 1 görüş keçiriləcək. Rusiya MOİK-i öz meydanında “Partizan”ı qəbul edəcək. Komandalar arasındakı ilk matçda qalib aşkarlanmayıb.
Qeyd edək ki, Avroliqada 1/8 finalın digər 15 iştirakçısı sabah müəyyənləşəcək.

UEFA Avropa Liqası
1/16 final, oyunu
21 fevral

21:00. MOİK (Rusiya) - “Srvena Zvezda” (Serbiya)
İlk oyun
- 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə