"Bavariya” qələbə qazandı, “Barselona” heç-heçə etdi

Futbol üzrə Çempionlar Liqasının 1/8 finalının ilk oyunları çərçivəsində daha iki görüş keçirilib. SİA-nın məlumatına görə, Almaniyanın “Bavariya” klubu Türkiyə təmsilçisi “Beşiktaş”ı qəbul edib. Qarşılaşma Münhen klubunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mərhələnin ən maraqla gözlənilən oyunlarından biri isə Londonda keçirilib. Qrup mərhələsində "Qarabağ"la mübarizə aparmış “Çelsi” İspaniya nəhəngi “Barselona”nı qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hər iki cütün cavab görüşü martın 24-də baş tuacaq.

20 fevral

Çempionlar Liqası

1/8 final (ilk oyunlar)

"Bavariya” (Almaniya) – “Beşiktaş” (Türkiyə) 5:0

Qollar: Müller, 43, Koman, 53, Müller, 66, Levandovski, 79; 88
Qırmızı vərəqə: Domaqoy Vida, 16 ("Beşiktaş")

“Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya) 1:1

Qollar: Villian, 62, Messi, 75.

Bütün xəbərlər Facebook səhifəmizdə