"Barselona"lı futbolçunun evini qarət ediblər

"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo şok hadisə ilə üzləşib. Apasport.az saytının İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Kataloniya klubunun ötən ay "Liverpul"dan transfer etdiyi futbolçunun evi qarət edilib.

Axşam yeməyi üçün ailəsi ilə birlikdə şəhərə çıxan Braziliya millisinin üzvü gecə saatlarında qayıdanda evindən oğurluq edildiyini görüb. Bu səbəbdən ulduz futbolçu dərhal polisə şikayət edib. Lakin oğrular hələ də tapılmayıb. Koutinyo İngiltərəyə yollanaraq Çempionlar Liqasının 1/8 final mərhələsində "Çelsi" ilə görüşdə komandasını dəstəkləməyi planlaşdırsa da, bu hadisədən sonra ailəsinin yanında qalmağı qərara alıb. Qeyd edək ki, "Barselona" Filipp Koutinyonu "Liverpul"dan 120 milyon avroya transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə