“Çelsi”nin futbolçusu Nigeriyada "ilin futbolçusu" seçilib

“Çelsi”nin nigeriyalı futbolçusu Viktor Mozes ölkəsində "ilin futbolçusu" seçilib. London klubunun saytında yer alan xəbərə görə, Mozes Nigeriya Futbol Federasiyasının versiyasına əsasən, ötən ilin ən yaxşı futbolçusu seçilib. O, Uilfred Ndidi (“Lester”) və Entoni Okpotunu (“Lyubi Stars”) qabaqlayıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsində 3 qola imza ataraq, Nigeriya millisinin ən məhsuldar futbolçusu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə