Peşəkar Futbol Liqası 2017/2018-ci illər mövsümünün təqvimində müəyyən dəyişiklik edib. SİA-nın məlumatına görə, Azərbaycan milli komandasının mart toplanışı və yoxlama görüşləri, eləcə də 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq Topaz Premyer Liqasının və Azərbaycan Kubokunun təqvimində aşağıdakı dəyişikliklər gerçəkləşib.

*Topaz Premyer Liqasının XIX turunun “Kəpəz” – “Qəbələ” və “Keşlə”- “Neftçi” matçları 9 mart 2018-ci il tarixdə, “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları isə 10 mart 2018-ci il tarixdə keçirilsin.

*Topaz Premyer Liqasının XX turunun “Keşlə”- “Qəbələ” matçı 13 mart 2018-ci il tarixdə, turun digər üç oyunu isə 14 mart 2018-ci il tarixdə reallaşsın.

*Azərbaycan Kubokunun ½ final mərhələsinin ilk oyunları 11 aprel 2018-ci il tarixdən 12 aprel 2018-ci il tarixə keçirilsin.

*Topaz Premyer Liqasının XXIII turunun “Zirə” – “Neftçi” matçı 14 aprel 2018-ci il tarixdən 15 aprel 2018-ci il tarixə keçirilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə