Serxio Aquero azarkeşi vurub - VİDEO

"Mançester Siti" klubunun futbolçusu Serxio Aquero İngiltərə Kubokunun 1/8 finalında “Uiqan”la oyundan sonra meydana qaçan azarkeşi vurub. SİA-nın məlumatına görə, bazar ertəsi baş tutan görüş "Uiqan"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matç başa çatdıqdan sona azarkeşlərdən biri meydana qaçaraq Aqueroya nəsə deməyə başlayıb. Ardınca futbolçu əli ilə onu kobud şəkildə itələyərək vurub. “Uiqan” futbolçuları onları ayırmağa çalışıblar, lakin Aquero yenə azarkeşə yaxınlaşmağa cəhd edib.

Forvard bu hadisəyə görə diskvalifikasiya edilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə