“Mançester Siti” kubokla vidalaşıb

Futbol üzrə İngiltərə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. SİA-nın məlumatına görə, “Mançester Siti” aşağı liqa təmsilçisi “Uiqan”ın qonağı olub.

Görüş gözlənilməz nəticə ilə tamamlanıb. Meydan sahibləri 1:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib. Premyer Liqanın lideri isə turnirlə vidalaşıb.

“Uiqan” “Mançester Siti” 1:0
Qol:
Qriqq, 79
Qırmızı vərəqə: Delf, 45+2 ("Mançester Siti)

Bütün xəbərlər Facebook səhifəmizdə