"Beşiktaş" Almaniyaya 22 futbolçu ilə yollanıb

"Beşiktaş" UEFA Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə ilk oyun üçün iştirak ərizəsi müəyyyənləşib. Klubun saytında yer alan xəbərə görə, "qara qartallar" Münhenə 22 futbolçu ilə gedib:

Qapıçılar: Tolga Zengin, Fabrisio Ramires, Ersin Destanoğlu

Müdafiəçilər: Domaqoy Vida, Pepe, Duşko Toşiç, Gökhan Gönül, Adriano Korrea, Caner Erkin

Yarımmüdafiəçilər: Atiba Hatçinson, Jermeyn Lens, Necip Uysal, Rikardo Kuarejma, Ryan Babel, Andersen Taliska, Oğuzhan Özyakub, Qari Medel, Tolgay Arslan

Hücumçular: Mustafa Pektemek, Alvaro Neqredo, Vaqner Lav, Kayl Larin

Qeyd edək ki, "Bavariya" - "Beşiktaş" görüşü bu axşam Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə