Eden Hazard: "Çelsi"də özümü yaxşı hiss edirəm"

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard yayda başqa kluba keçmək ehtimalı barədə sualı cavablandırıb. SİA-nın məlumatına görə, belçikalı futbolçu bu mövzuda suallardan usandığını gizlətməyib: "Hər il "Real" və PSJ ilə bağlı xəbərlər ortaya atılır. Klubumu dəyişmək istəsəm, bunu edəcəyəm. Amma indi "Çelsi"də özümü yaxşı hiss edirəm. Müqaviləmin sonuna hələ 2 il var. Londonda mənə rahatdır. Azarkeşlər məni sevir, ailəm London şəhərini bəyənir".

Bütün xəbərlər Facebook səhifəmizdə