"Qalatasaray" uduzdu, "Başakşehir" lider oldu

Futbol üzrə Türkiyə Super Liqasının 22-ci turunun növbəti oyunları keçirilib. "Başakşehir" komandası güclü "Trabzonspor" klubunun qonağı olub. Çempionluq uğrunda mübarizə aparan komandaların qarşılaşmasında "Başakşehir" minimal hesabla qalib gəlib - 1:0. Rəqib meydanında yeganə qolu Emmanuel Adebayor vurub. Bu oyundan sonra "Başakşehir" komandası xallarının sayını 46-ya çatdıraraq turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Sonra Türkiyə Superliqasının liderlərindən biri "Qalatasaray" səfərdə "Kasımpaşa" ilə oynayıb. Gərgin idman mübarizəsi şəraitində keçən matç 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Beləliklə "Qalatasaray" çempionluq uğrunda mübarizədə səfərdə vacib iki xal itirib. Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Bursaspor" – "Yeni Malatyaspor" - 0:0,

"Karabükspor" – "Akhisar" - 0:3.

Bütün xəbərlər Facebook səhifəmizdə