"Tottenhem"ə pis xəbər: Harri Keyn zədələnib

"Tottenhem"in futbolçusu Harri Keyn zədələnib. İngilis klubunun saytında yer alan xəbərə görə, ingilis hücumçunun Çempionlar Liqasının 1/8 finalında "Yuventus"la ilk matçda zədələndiyi bildirilib. O, bu gün tibbi müayinədən keçəcək. Keynin İngiltərə kubokunun 1/8 finalında "Roçdeyl"lə matçda iştirak edib-etməyəcəyi bundan sonra müəyyənləşəcək. Qeyd edək ki, "Roçdeyl" - "Tottenhem" görüşü fevralın 18-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...