“Real” və PSJ “İnter”in hücumçusuna göz dikib

“İnter”in hücumçusu Mauro İkardini heyətində görmək istəyən klubların sayı artır. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, “Real” və PSJ-dən sonra “Bavariya” və “Çelsi” də argentinalı forvardla yaxından maraqlanır.

“İnter” isə kapitanını buraxmaq niyyətində deyil. Milan klubu ulduz futbolçuya yeni müqavilə və daha yaxşı məvacib təklif etməyə hazırlaşır. İkardi hazırkı komandasında qalmağa razılıq versə, onun illik gəliri 6,5 milyon avro olacaq. Qeyd edək ki, İkardi “İnter”ə 2013-cü ildə “Sampdoriya”dan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə