Azərbaycan - Belarus matçının hakimləri

Martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Belarus yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib. SİA-nın məlumatına görə, qarşılaşmanın baş hakimi Andris Treimanis olacaq. Ona Haralds Gudermanis və Aleksejs Spasjonnikovs kömək edəcəklər. Hər üç FIFA referisi latviyalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə