İkardi Mino arvadına görə “Mançester Yunayted”dən imtina edib

“İnter”in hücumçusu Mauro İkardi Mino Rayolonun təklifindən imtina edib. “Corriere dello Sport”un yaydığı məlumata görə, argentinalı forvard ona əməkdaşlıq təklif edən dünyaca məşhur menecerə “yox” cavabı verib.

Ulduz futbolçuya zəng vuran və onu yayda “Mançester Yunayted”ə apara biləcəyini söyləyən Rayola gözləmədiyi reaksiya ilə qarşılaşıb. İkardi menecerin təklifini qəbul etməyib.

Qeyd edək ki, İkardinin menecerliyini onun həyat yoldaşı Vanda Nara edir. Onun məhz bu səbəbdən Rayola ilə işbirliyində maraqlı olmadığı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...