"İndi oynasaydım, qiymətim 200 milyon avro olardı"

"Roma"nın canlı əfsanəsi Françesko Totti maraqlı açıqlama verib. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, karyerası haqda danışan veteran futbolçu 2003-2004 mövsümündə "Real"dan ciddi təklif aldığını bildirib:
"Həmin vaxt "Real"dan çox ciddi təklif almışdım. Ancaq mən çempionluğu və titulu seçmədim, yalnız bir komandada forma geyinməyi üstün tutdum. Buna görə də "Roma"da qaldım. İndi oynasaydım qiymətim nə qədər olardı? 200 milyon avro". Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü karyerası ərzində yalnız "Roma"da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...