İngiltərənin “Tottenhem” klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında ingilis futbolçular arasında bir mövsüm ərzində ən çox top vuran həmyerlisi Stiven Cerardın rekordunu təkrarlayıb. SİA-nın məlumatına görə, hər iki futbolçunun hesabında 7 qol var. Harri Keyn artıq karyerasını başa vurmuş Cerarda ötən gecə ÇL-in 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “Yuventus” klubu ilə səfər oyununda vurduğu qol sayəsində çatıb. Cerard isə bu rekorda "Liverpul"un heyətində 2008/09 mövsümündə imza atıb. “Tottenhem”in forvardının İngiltərənin ÇL-dəki ən məhsuldar futbolçusuna çevrilmək şansı da var. O, ən azı “Yuventus”la cavab matçında fərqlənməklə mütləq rekordçuya çevrilə bilər.
Xatırladaq ki, ilk oyunda 2:2 hesablı heç-heçəyə razılaşan “Tottenhem”lə “Yuventus” arasındakı cavab qarşılaşması martın 7-də Londonda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə