"Mil-Muğan" heyətini gücləndirib

I Divizion təmsilçisi "Mil-Muğan" heyətini gücləndirib. SİA-nın məlumatına görə, İmişli təmsilçisi "Şüvəlan"dan Şahin Əliyevi transfer edib. 22 yaşlı hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Ş.Əliyev ötən mövsüm "Qarabağ"ın heyətində əvəzedici çempionatda 13 qolla bombardir olmuşdu. Bu mövsümün ilk yarısında "Şüvəlan"da çıxış edən gənc forvard 2 qol vurmağı bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə