“Arsenal” ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, London klubunun hücumçusu Aleksandr Lyakazett sıradan çıxıb. Dizindən zədə alan fransalı hücumçu əməliyyata məruz qalıb. Onun bərpa prosesinin 4-6 həftə kəçəcəyi bildirilib.

Qeyd edək ki, ötən yay “Lion”dan “Arsenal”a keçən futbolçu 26 oyunda meydana çıxıb və 9 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə