“Mançester Siti”dən darmadağın, “Yuventus” Turində şok yaşadı!

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. İlk oyun günündə iki görüş keçirilib.

Əsas diqqətlər Turinə yönəlib. Burada ÇL-in son finalçısı “Yuventus” “Tottenhem”i qəbul edib. Meydan sahibləri matça fəal başlayıblar. İlk 9 dəqiqədə "Yuve" rəqib qapısından 2 cavabsız qol keçirsə də, sonda qələbəyə həsrət qalıb.

Günün digər qarşılaşmasında isə “Bazel” İngiltərə Premyer Liqasının lideri olan “Mançester Siti” ilə üz-üzə gəlib. Rəqibinə heç bir şans tanımayan Qvardiolanın komandası cavab görüşünü formallığa çevirib - 4:0.

13 fevral

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

“Yuventus” (İtaliya) – “Tottenhem” (İngitərə) 2:2
Qollar:
İquain, 2 (1:0); 9-pen (2:0), Keyn, 35 (2:1), Erikssen. 72 (2:2)
Qaçırılan penalti: İquain, 45+2 ("Yuventus")

“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) 0:4
Qollar: İlkay Gündoğan, 14, Silva, 18, Aquero, 23, İlkay Gündoğan, 53


14 fevral

23:45."Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə)

23:45."Real" (İspaniya) - PSJ (Fransa)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...