Tyaqo Motta “Real” ilə ilk oyunda meydanda olmayacaq

PSJ-nin yarımmüdafiəçisi Tyaqo Motta “Real”la ilk oyunu buraxacaq. Bu barədə AS nəşri xəbər yayıb. Bildirilib ki, bir müddətdi zədəli olan yarımmüdafiəçinin əslində bu görüşə çatacağı proqnozlaşdırılırdı. Amma baş məşqçi Unay Emeri 35 yaşlı futbolçunu riskə atmaq istəməyib.

Qeyd edək ki, “Real”la PSJ arasındakı Çempionlar Liqası 1/8 final ilk matçı fevralın 14-də Madriddə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə