Rusiyalı futbol azarkeşi Belqradda ölüb

Avropa Liqasının 1/16 final mərhələsində keçirilən “Srvena Zvezda” – MOİK oyunundan öncə bədbəxt hadisə baş verib. Rusiya mətbuatının yazdığına görə, Moskva klubunun azarkeşlərindən biri səhər saatlarında Belqradda dünyasını dəyişib. Onun ölümünə ürəkdayanması səbəb olduğu bildirilir.
Qeyd edək ki, “Rayko Mitiç” stadionunda keçiriləcək “Srvena Zvezda” – MOİK qarşılaşması Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə