“Arsenal”ın hücumçusu 1 ay futboldan uzaq qalacaq

“Arsenal” ciddi itki ilə üzləşib. London klubunun saytında yer alan xəbərə görə, komandanın hücumçusu Aleksandr Lyakazett zədələnib. Dizindən zədə alan fransalı futbolçunun 4-5 həftə meydana çıxa bilməyəcəyi məlum olub.
Qeyd edək ki, ötən mövsüm “Lion”dan “Arsenal”a keçən futbolçu 29 oyuna 9 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə