Messiyə məsləhət: "Barselona"da daha az oyna"

Argentina Futbol Federasiyasının prezidenti Kladio Tapia yığmanın kapitanı Lionel Messiyə "Barselona"da daha az oynamasını məsləhət verib. Qol.az-ın "TYC Sport"a istinadən yaydığı xəbərə görə, bu barədə qurumun rəhbərinin özü açıqlamasında deyib:

"Hazırda milli komandaların oyunçuları yaxşı formadadırlar. Ümid edirəm ki, dünya çempionatına kimi belə qalarlar. Serxio Aquero əla formadadır. Messi isə hər zaman zirvədədir. Lionel ilə danışmışam. Ona özünə yaxşı baxmağı, "Barselona"da daha az oynasa, düya çempionatına ən yaxşı formada gedəcəyini demişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...