“Tottenhem”in baş məşqçisi İtaliyada fəxri vətəndaş oldu

“Tottenhem” futbol klubunun baş məşqçisi Maurisio Poçettino İtaliyada Virle-Pyemonte şəhərinin fəxri vətəndaşı adına layiq görüldü. “Football Italia” saytında yer alan xəbərə görə, Londonun futbol komandası Turində Çempionlar Liqasının 1/8 finalı çərçivəsində “Yuventus”la qarşılaşacaq. Turin Pyemont vilayətinin mərkəzidir, Virle-Pyemonte isə regionun inzibati mərkəzinin yaxınlığında yerləşir.

Argentinada doğulmuş Poçettinonun babaları əslən İtaliyadandır. Virle-Pyemonte məşqçinin ailəsinin tarixi vətənidir. “Məsafə önəmli deyil, mən özümü həmişə pyemonteli hesab etmişəm, axı məni belə öyrədiblər”, - deyə Poçettino təntənəli mərasimdə söyləyib. Virle-Pyemonte şəhərində təxminən 1200 nəfər yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...