"Bavariya" qapıçısı ilə müqaviləni uzadıb

"Bavariya" qapıçısı Sven Ulrayxın müqaviləsini uzadıb. SİA-nın məlumatına görə, 30 yaşlı qolkiperlə 2021-ci ilin yayına kimi anlaşma əldə olunub.

Manuel Noyerin zədələnməsindən sonra əsas heyətdə möhkəmlənən Ulrayx rəhbərliyin etimadını doğruldub. Buna görə də, münhenlilər onunla yeni saziş imzalanmasını lazım biliblər. Adı müxtəlif klublarla yanaşı çəkilən Ulrayx söz-söhbətlərə son qoyub. “Ştutqart"ın yetirməsi olan Sven 2015-ci ildən “Bavariya”nın şərəfini qoruyur. O, cari mövsümdə ümumilikdə 27 oyunda meydana çıxıb və qapısından 25 top buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə