21 yaşlı futbolçularımız Albaniya millisinə uduzub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalyada təlim-məşq toplanışı çərçivəsində Albaniyanın U-21 millisi ilə yoldaşlıq görüşü keçirib. Rəşad Sadıqovun yetirmələri rəqibinə 1-0 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, millimiz Antalyadakı ilk yoldaşlıq oyununda “Alanyaspor” klubunun nəzdindəki U-21 komandasına 3:1 qalib gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə