Dino Ndlovu: "Azərbaycan xalqına minnətdaram"

"Qarabağ"dan ayrılaraq Çinin "Xançjou Qrintaun” klubuna transfer olan Dino Ndlovu Ağdam təmsilçisinə və Azərbaycan xalqına təşəkkür edib. SİA-nın məlumatına görə, bununla bağlı o, özünün "Tvitter" hesabında yazıb: "Nəyə qadir olduğumu göstərməyə mənə şərait yaratdığı üçün "Qarabağ"a, qonaqpərvərlik və hörmətə görə Azərbaycan xalqına minnətdaram. Siz həmişə qəlbimdə qalacaqsınız. Klubumu dəyişməyim Allahın işidir. Artıq bütün diqqətimi və enerjimi "Xançjou Qrintaun” üçün yönəldəcəyəm".

Qeyd edək ki, D.Ndlovu 2 illik müqaviləyə imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə