Qvardiola "Real"ın futbolçusuna göz dikib

Aleks Sançesin transferindən imtina edən "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Real"ın futbolçusuna göz dikib. SİA-nın məlumatın görə, ispaniyalı mütəxəssis Marco Asensionu hədəfə alıb.

Bu iddia ilə "Diario Gol" çıxış edib. Sayt yazır ki, Qvardiola böyük gələcək vəd edən gənc futbolçunu transfer etməyi rəhbərlikdən tələb edib. Maraqlıdır ki, Asensionun sərbəst qalma maddəsi 350 milyon avrodu.

Qeyd edək ki, Asensio 2015-ci ildə "Malyorka"dan 3,5 milyon avroya alınıb. Hazırda "Transfermarkt" ona 50 milyon avro qiymət qoyub. 21 yaşlı forvard cari mövsümdə 29 rəsmi oyuna çıxaraq 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...