Joze Alesio Da Silva: "Əsas məqsədimiz mərhələ adlamaqdır" - AÇIQLAMA

“Sabah 20 Yanvar - Ümumxalq hüzn günüdür. Şəhidlərə Allahdan rəhmət diləyirəm”. SİA-nın məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçi Joze Alesio Da Silva deyib.

Onun sözlərinə görə, komanda hazırlığa yanvarın 10-dan başlayıb: “Artıq karyerasını ölkə xaricində davam etdirən oyunçularımız da komandaya qoşulub. Yanvarın 23-də və 24-də İran millisi ilə Bakıda iki yoldaşlıq oyunu keçirəcəyik. Final mərhələsinə yollanacaq heyət bu qarşılaşmalardan sonra dəqiqləşəcək. Əsas məqsədimiz mərhələ adlamaqdır. Buna görə də Fransa ilə keçirəcəyimiz oyunun nəticəsindən çox şey asılıdır. Hətta bu qarşılaşmanı final oyunu kimi də xarakterizə edərdim. Digər rəqibimiz olan İspaniyanın qazandığı nəticələr, gücü hər kəsə məlumdur. Sadəcə ilk oyunda Fransa ilə qarşılaşacağımıza görə, bütün diqqətimi bu görüşə yönəltmişəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə