“Qəbələ” “Şüvəlan”la heç-heçə edib

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, dünən “qırmızı-qaralar” növbəti yoxlama oyununu keçirib. Qəbələdəki hazırlıqları başa vurduqdan sonra paytaxta yollanan Emin İmaməliyevin baş məşqçisi olduğu komanda “Şüvəlan”la görüşüb. I Divizion təmsilçisi ilə matç Bakıdakı “AZAL Arena”da baş tutub. Qarşılaşma qolsuz sülhlə nəticələnib - 0:0.

Matçdan sonra birgünlük istirahətə buraxılan əvəzedicilər məşqlərini yanvarın 20-də bərpa edəcək. Komanda ayın 21-də daha bir yoxlama matçı keçirəcək. "Qəbələ"nin əvəzediciləri “Keşlə”nin müvafiq komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, “qırmızı-qaralar” Qəbələdə baş tutan ilk yoxlama oyununda “Ağsu” ilə qarşılaşıb. Həmin görüşdə I Divizion təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə