Bu gün "Zirə" "Keşlə" ilə qarşılaşacaq

Topaz Premyer Liqasında mövsümün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən "Zirə" və "Keşlə" klubları bu gün yoxlama oyununda üz-üzə gələcəklər. SİA-nın məlumatına görə, qarşılaşma İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. Oyun saat 15:00-da başlayacaq.

19 yanvar
Yoxlama oyunu

15:00 "Keşlə" - "Zirə"
İsmət Qayıbov adına stadion

Bütün xəbərlər Facebook səhifəmizdə