"Səbail" "Sumqayıt"ı məğlub edib

Mövsümün ikinci yarısına hazırlıqlarını davam etdirən "Sumqayıt” və "Səbail" klubları yoxlama oyununda üz-üzə gəliblər. SİA-nın məlumatına görə, "Kapital Bank Arena”da keçirilən qarşılaşma "Səbail"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yoxlama oyunu

"Sumqayıt" - "Səbail" 1:2

Qolar: Amil Yunanov, 53 - Nurlan Novruzov, 22, Vüqar Nadirov, 85

Qırmızı vərəqə: Cavid İmamverdiyev, 60 ("Sumqayıt")

Bütün xəbərlər Facebook səhifəmizdə